Menyu

Cəlilabadda "Kalaşnikov" avtomatı, 5 ədəd tüfəng aşkarlanıb

Nərmin Qocamanlı
Cəlilabadda "Kalaşnikov" avtomatı, 5 ədəd tüfəng aşkarlanıb

Profilaktik və əməliyyat tədbirləri nəticəsində Cəlilabadda 1 ədəd "Kalaşnikov" avtomatı, 5 ədəd tüfəng aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi ilə bağlı aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı “AK-47” markalı avtomat silahını, həmin silaha aid 1 ədəd darağı və 21 ədəd patronu polis şöbəsinə təhvil verib.

Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər