Menyu

Neft Daşlarında dalğanın hündürlüyü 4 metrə çatıb

Nərmin Qocamanlı
Neft Daşlarında dalğanın hündürlüyü 4 metrə çatıb

Neft Daşlarında dalğanın hündürlüyü 4 metrə çatıb.

Bu barədə "Operativ Media"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 10-u saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur. Hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 30 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.

Bölgələrdə də küləkli hava şəraiti müşahidə olunur. Naftalanda 26 m/s, Goranboyda 23 m/s, Gəncə, Şahdağda 20 m/s, Altıağac, Bərdə, Qobustanda 18 m/s, Tərtər, Şabran, Qubada 16 m/s-dək külək əsir.

Ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti bu gün axşam saatlarından tədricən zəifləyəcək.

Teqlər:

"Neft Da\u015flar\u0131nda dal\u011fan\u0131n h\u00fcnd\u00fcrl\u00fcy\u00fc 4 metr\u0259 \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər