Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb
Nərmin Qocamanlı
Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb, bəzi yerlərdə yağış, qar yağıb.
Bu barədə "Operativ Media"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 10-u saat 14:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 30 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4.5 metrdir.
Bölgələrdə də qeyri-sabit hava şəraiti müşahidə olunur. Qərb küləyi Zaqatala rayonun yüksək dağlıq ərazilərində 34 m/s-dək güclənib, Naftalanda 18 m/s, Şahdağda 17 m/s-dir. Gəncə, Goranboy, Altıağac, Bərdə, Qobustan, Tərtər, Quba, Şabranda külək zəifləyib.
Zaqatala, Qax, Şəkidə arabir yağış, Şahdağda və Zaqatala rayonunun yüksək dağlıq ərazilərinə arabir qar yağıb.
Teqlər:
"\u00d6lk\u0259 \u0259razisind\u0259 m\u00fc\u015fahid\u0259 olunan faktiki hava a\u00e7\u0131qlan\u0131b"