Menyu

Daxili Qoşunların şəhid hərbi qulluqçusu Ruslan Sadıqovun xatirəsi anılıb

Nərmin Qocamanlı
Daxili Qoşunların şəhid hərbi qulluqçusu Ruslan Sadıqovun xatirəsi anılıb

Vətən müharibəsində mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, baş çavuş Ruslan Sadıqovun anım günü keçirilib. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, mərasimdə Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Şəki rayonunun Cəfərabad kəndində şəhidin məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb və ruhuna dualar oxunub. Çıxış edənlər Ruslan Sadıqovun keçdiyi şərəfli döyüş yolundan, Vətən müharibəsindəki rəşadətindən danışıblar. Həmçinin, polis əməkdaşları şəhidin anım günündə onun ailə üzvlərini ziyarət edib, qayğıları ilə maraqlanıblar. 
Qeyd edək ki, Ruslan Sadıqov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər