Menyu

DİN: Ötən gün 50-dən çox silah-sursat polisə təhvil verilib

Nərmin Qocamanlı
DİN: Ötən gün 50-dən çox silah-sursat polisə təhvil verilib
1 dəq oxu

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

"Operativ Media" xəbər verir ki, noyabrın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 2 patron darağı,  33 ədəd müxtəlif çaplı patron və 11 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə 4 ov tüfəngi aşkar edilərək götürülüb.

Əlaqəli Xəbərlər