Menyu

Astarada qadını qətlə yetirən şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Astarada qadını qətlə yetirən şəxslər saxlanılıb
1 dəq oxu

Ötən gün Astarada yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakinləri 1983-cü il təvəllüdlü Məmmədov Elmir Ətrafil oğlu, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əkbərov Vüsal Zaid oğlu və Şəmkir rayon sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Süleymanov Bəhruz Rəşid oğlu saxlanılıblar.


Araşdırma aparılır.

Əlaqəli Xəbərlər