Yevlaxda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb
Redaksiya
Noyabrın 12-si Yevlax rayonu ərazisində 1991-ci il təvəllüdlü Əhməd Nəsibovun baş nahiyyəsindən xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan "Operativ Media"ya bildirilib ki, aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Saleh Əliyevin Yevlax şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla Əhməd Nəsibovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Saleh Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Teqlər:
"Yevlaxda q\u0259sd\u0259n adam \u00f6ld\u00fcrm\u0259 fakt\u0131 il\u0259 ba\u011fl\u0131 cinay\u0259t i\u015fi ba\u015flan\u0131b"