Menyu

ETX və AİKTSA arasında Anlaşma Memorandumu imzalanıb

Nərmin Qocamanlı
ETX və AİKTSA arasında Anlaşma Memorandumu imzalanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyi (AİKTSA) arasında Anlaşma Memorandumu imzalanıb.

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, memorandumun əsas məqsədi informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və bu istiqamətlər üzrə ictimai etimadın artırılmasında birgə fəaliyyətin təşkil edilməsidir.

Əməkdaşlıq çərçivəsində ETX və AİKTSA tərəfindən sözügedən sahələr üzrə məlumat mexanizminin formalaşdırılması, birgə təlim, seminar, konfrans, təşviqat tədbirləri və layihələrin keçirilməsi, eləcə də beynəlxalq layihələrin təşkili çərçivəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi planlaşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər