Menyu

Tural Məmmədov: "Yaxın vaxtlarda bütün dövlət qurumlarında kiber hücumların simulyasiyasına başlanılacaq"

Nərmin Qocamanlı
Tural Məmmədov: "Yaxın vaxtlarda bütün dövlət qurumlarında kiber hücumların simulyasiyasına başlanılacaq"

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaxın vaxtlarda bütün dövlət qurumlarında kiber hücumların simulyasiyasına başlayacaq.

"Operativ Media"  xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Bakıda ‘‘Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik’’ mövzusunda keçirilən ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ (ICSD-2024) konfransında deyib.

"Bir neçə ildir Azərbaycanda kibergigiyena layihəsini həyata keçiririk. Burada iki əsas istiqamət mövcüddur. Bunlardan biri informasiya təhlükəsizliyi təqviminin hazırlanması və onun əsasında müəyyən seminarların təşkilidir. Digər istiqamət isə kibergigiyena pilot layihəsinin həyata keçirilməsi idi. Kibergigiyena pilot layihəsi artıq yeni bir mərhələyə keçib. Söhbət praktik öyrənmədən reaktiv öyrənmə metoduna keçiddən gedir. Belə ki, biz yaxın vaxtlarda bütün dövlət qurumlarında kiber hücumların simulyasiyası ilə onların reaksiyasını ölçməyi planlaşdırırıq. Bu metodla onların öyrənmə bacarıqlarını və reaksiya qabiliyyətlərini artırmağı hədəfləyirik" ,- deyə T. Məmmədov qeyd edib.

Teqlər:

"Tural M\u0259mm\u0259dov: \"Yax\u0131n vaxtlarda b\u00fct\u00fcn d\u00f6vl\u0259t qurumlar\u0131nda kiber h\u00fccumlar\u0131n simulyasiyas\u0131na ba\u015flan\u0131lacaq\""

Əlaqəli Xəbərlər