http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq

25 Sentyabr 2024 , 10:41
Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq

Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinniq Mərkəzi yaradılacaq

Operativ Media xəbər verir ki, cari ilin 24 sentyabr tarixində Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX), İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu (“ICI Buxarest”) arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum Azərbaycanda ilk dəfə təşkil olunmuş Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans çərçivəsində imzalanıb. 

Memoranduma əsasən, kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək məqəsdilə ölkəmizdə Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi fəaliyyətə başlayacaq. Tvinniq Mərkəzi tədqiqat və təhsil təşəbbüsləri ilə kiberdiplomatiya, informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə sahəsində beynəlxalq əməkdaşlıq və qarşılıqlı əlaqəni genişləndirməyi nəzərdə tutur. 

Anlaşma Memorandumuna uyğun olaraq XRİTDX Tvinniq Mərkəzinin fəaliyyəti üçün inzibati və strateji dəstək verəcək və təlimlərin keçirilməsi üçün təlimçilər cəlb ediləcək. İnkişaf və Diplomatiya İnstitutu birgə elmi nəşrlərin hazırlanmasına, akademik əməkdaşlığın həyata keçirilməsinə dəstək göstərəcək və kiberdiplomatiya mövzusunda təlimlərin təşkilində iştirak edəcək. “ICI Buxarest” Tvinniq Mərkəzdə elmi-tədqiqat və tədris proqramlarının hazırlanması və həyata keçirilməsində, birgə layihələrin koordinasiya edilməsində, kiberdiplomatiya sahəsində tədqiqat və tədrislə bağlı təcrübə mübadiləsində iştirak edəcək. 

İmzalanma mərasimində görüş zamanı tərəflər növbəti illər üçün nəzərdə tutulan planlanlarından danışıb, memorandum əsasında yaradılacaq Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi tərəfindən həyata keçiriləcək tədbirlər və layihələr haqqında müzakirələr aparıblar. Tərəflər Kiberdiplomatiya və informasiya təhlükəsizliyi üzrə birgə təhsil proqramlarının, seminarlar və təlim kurslarının hazırlanması, eləcə də, kiberdiplomatiya sahəsində bilik və təcrübə mübadiləsi aparacaqlarını vurğulayıblar.

Anlaşma Memorandumu XRİTDX-nın rəis müavini general-mayor Allahverən İsmayılov, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, “ICI Buxarest” Universitetin elmi rəhbəri Dr. Carmen-Elena Cirnu tərəfindən imzalanıb.

Qeyd edək ki, ötən ilin aprel ayında Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanmış Anlaşma Memorandumuna əsasən Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın keçirilməsi üçün regional təmsilçilik eksklüziv olaraq Azərbaycana verilmişdir.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan və Şahbaz Şərif arasında görüş olub

Ərdoğan və Şahbaz Şərif arasında görüş olub

Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb

Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb

Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb

XƏBƏR LENTİ
  • 12:59

    Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb
  • 12:38

    Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib
  • 12:36

    Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
  • 12:28

    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
  • 12:16

    DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • 12:11

    İlqar Musayev: “Son iki ayda COP29 ilə bağlı saxta xəbərlər yayan 15 resurs bağlanıb"
  • 12:07

    Avropa Çempionatı Moldovada keçiriləcək
  • 12:00

    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Menyu