http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Samir Sərifov: Rəqəmsal texnologiyalardan zərərli məqsədlərlə istifadə beynəlxalq sülhə və sabitliyə ciddi təhdid yaradır

25 Sentyabr 2024 , 11:08
Samir Sərifov: Rəqəmsal texnologiyalardan zərərli məqsədlərlə istifadə beynəlxalq sülhə və sabitliyə ciddi təhdid yaradır

Qlobal pandemiya zamanı kiberməkana keçid daha sürətlənmiş, rəqəmsal texnologiyalar cəmiyyətin və dövlətin bütün sferalarına geniş şəkildə nüfuz etmişdir. 

“Operativ Media” xəbər verir ki, bunu 25 sentyabr tarixində regionda ilk dəfə Azərbaycanın ev sahibliyi etdiyi Kiberdiplomatiya üzrə beynəlxalq konfransda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifov deyib. 

Samir Şərifov rəqəmsal sahədə baş vermiş inkişafın beynəlxalq münasibətlərə də təsir göstərdiyini vurğulayıb:

"Rəqəmsal sahədə baş vermiş inkişaf həmçinin beynəlxalq münasibətlərə böyük təsir göstərmiş diplomatiyanın həyata keçirilməsi tərzi və məzmununda  ciddi dəyişikliklərə səbəb olmuşdur. Bu texnologiyalar və sosial şəbəkələr xarici siyasət normativlərinin ifadəsi və mövqe mübadiləsi meydanına çevrilmişdir.

Rəqəmsal texnologiyalardan zərərli məqsədlərlə istifadə beynəlxalq sülhə və sabitliyə, iqtisadi-sosial inkişafa və insanların təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu cür fəaliyyət dövlətlərin mülki və hərbi infrastrukturuna ciddi ziyan vurulması, terrorçuluq, narkotiklərin qeyri-qanuni dövriyyəsi kimi cinayətlərin törədilməsi ilə müşahidə olunur. Ona görə də bu gün ictimai həyatın bütün sferalarında kibertəhlükəsizliyin təmin edilməsi çox vacibdir.

Kiberməkanın transsərhəd xarakteri dövlətlərin bu təhdidlərə qarşı mübarizə aparmaq üçün beynəlxalq fəaliyyətini və kiberdiplomatiya vasitəsilə əməkdaşlığını zəruri edir. Kiberdiplomatiya, kiberməkandan istifadə ilə bağlı yaranan problemlərin həlli üçün diplomatik üsul və vasitələrin tətbiqini nəzərdə tutur. Kiberməkanda mövcud olan qeyri-müəyyənliyin idarə edilməsi, bu sahəni tənzimləyən qaydaların işlənib hazırlanması kiberdiplomatiyanın əsas vəzifələrindəndir. Həmçinin, ictimai diplomatiya üçün sosial şəbəkələrdən istifadə kiberdiplomatiyanın vacib istiqamətlərindəndir.

Xüsusilə qeyd etmək istərdim ki, kiberməkanla bağlı fəaliyyətlər öz təbiəti etibarilə mürəkkəb olduğundan, kibertəhlükəsizliyin təmin edilməsi çoxşaxəli və çoxaspektli bir məsələdir. Bunun üçün həm texniki imkanlar, həm də kiberməkanla bağlı normativ tənzimləmə məsələləri ciddi şəkildə nəzərdən keçirilməlidir.

Kiberməkanda fəaliyyət göstərən subyektlərin hüquqları, vəzifələri və məsuliyyətləri kiberdiplomatiya gündəliyində duran əsas məsələlərdəndir.

Bu konteksdə, informasiya və kommunikasiya texnologiyalarından istifadə üzrə universal məsuliyyətli davranış qaydalarının formalaşdırılması böyük əhəmiyyət kəsb edir və bu istiqamətdə beynəlxalq səviyyədə əməkdaşlığın həyata keçirilməsi önəmlidir".

OXŞAR XƏBƏRLƏR
Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib

TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib

XƏBƏR LENTİ
  • 12:59

    Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb
  • 12:38

    Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib
  • 12:36

    Yağış yağacaq, dolu düşəcək - SABAHIN HAVASI
  • 12:28

    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
    Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - YENİLƏNİB - FOTO
  • 12:16

    DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
  • 12:11

    İlqar Musayev: “Son iki ayda COP29 ilə bağlı saxta xəbərlər yayan 15 resurs bağlanıb"
  • 12:07

    Avropa Çempionatı Moldovada keçiriləcək
  • 12:00

    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Menyu