01 Oktyabr 2024, 17:30
İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?
İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var? şəkil
İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

İçkili vəziyyətdə sükan arxasında əyləşən sürücülərə cəza verilməsi hər kəsə məlumdur.

Bəs həmin şəxslərin hansı hüquqları var?

Məsələ ilə bağlı Aslan Əsədov "Operativ Media"ya açıqlama verib.

Ekspert ilk olaraq içkili vəziyyətdə sükan arxasında saxlanılan sürücüyə verilən cəzaları sadalayıb:

"İçkili vəziyyətdə nəqliyyat vasitəsindən istifadə etmək ən bağışlanmaz səhvdir. Çünki içkili vəziyyətdə nəqliyyat vasitəsindən istifadə etmək bir başa qəza riski yaradır. Bu zaman qəza riski 80-90 faizdən də yuxarı olur. Avtomobil idarə edən şəxs spirtli içkinin təsirindədirsə, o nəinki öz həyatını, eyni zamanda başqa şəxslərin həyatını da riskə atmış olur. Qanunvericilikdə bu məsələ ilə bağlı ciddi tədbirlər mövcuddur. İçkili vəziyyətdə sükan arxasında əyləşmək qəti qadağandır. Bu zaman sürücü birinci halda 800 AZN məbləğində cərimələnir. İkinci halda inzibati tənbehə məruz qalır. Növbəti hallarda isə sürücülük vəsiqəsi əlindən alınır. Bunlar sürücüyə verilən cəzalardır".

Ekspert bildirib ki, sürücünün özünü müdafiə etmək hüququ var:

"Amma sürücünün hüquqları da var. Sürücü qanında alkoqolun olmadığını bildirirsə, test nümunəsini laboratoriya göndərmək, analiz vermək hüququ var. Sürücü qanında alkoqolun olmadığını sübut edə bilər. Bu sürücünün özünü müdafiə hüququdur".

"Bir daha qeyd etmək lazımdır ki, spirtli içkinin təsiri ilə sükan arxasında əyləşmək yolverilməzdir", - o, qeyd edib.

Son xəbərlər
Ərdoğan: Gərginliyi dayandırmaq üçün diplomatik səylər ortaya qoyuruq
Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə 50 nəfərə yaxın heyətlə təmsil olunur
16 İyun 2025, 19:46
Mirzoyan ATƏT sədrini Ermənistan-Azərbaycan sülh prosesi barədə məlumatlandırıb
İsrail İranın dövlət televiziyasının binasına zərbə endirib
Azərbaycan sərhədindən Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib
İsrail: Tehrana yeni zərbələr endiriləcək
Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana investisiya imkanları müzakirə edilib
Sabunçuda yanğın olub