Menyu

Zərdabda narkokuryer saxlanılıb

Nərmin Qocamanlı
Zərdabda narkokuryer saxlanılıb

Zərdabda narkokuryer saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş Ensar Cəfərov saxlanılıb. Onun üzərindən 4 kiloqrama yaxın marixuana aşkarlanıb.
Araşdırmalar zamanı E.Cəfərovun sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunduğu və narkotik vasitəni qabaqcadan təyin olunan yerə çatdırmalı olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər