http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

05 Oktyabr 2024 , 17:55
22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.

Ötən illərdən bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin açılması prokurorluq və digər hüquq-mühafizə orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən olmaqla daim diqqətdə saxlanılır.

Bakı şəhərinin Suraxanı rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən kompleks istintaq və əməliyyat-axtarış tədbirləri, eləcə də, istintaq taktikasının düzgün tətbiqi nəticəsində 22 il əvvəl, yəni 09.04.2002-ci il tarixdə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində törədilmiş 1989-cu il təvəllüdlü, 13 yaşlı Z.D-nin (şərti) yaşadığı mənzildə zorakılıq hərəkətlərinə məruz qalması və xüsusi amansızlıqla qəsdən öldürülməsi cinayətlərinin üstünün açılması təmin olunub. 

Toplanmış sübutlarla 1980-ci il təvəllüdlü M.E-nin (şərti) qeyd olunan tarixdə yetkinlik yaşına çatmayan Z.D-yə qarşı zorakılıq hərəkətləri etməsinə, daha sonra isə Z.D baş verənlər barədə şikayət edəcəyini bildirdiyi üçün sonuncunun anası B.A ilə birgə çoxsaylı xəsarətlər yetirib başqa cinayəti gizlətmək və digər qanunsuz hərəkətlərlə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.  

M.E və B.A cinayət törətməkdə şübhəli şəxs qismində tutularaq 05.10.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6-cı (bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla və başqa cinayəti gizlətməklə əlaqədar adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Suraxanı Rayon Məhkəməsinin qərarları ilə həbs qətimkan tədbirləri seçilib.

Əvvəlki illərdən bağlı qalmış cinayət işləri daim diqqət mərkəzində saxlanılmaqla, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib

Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib

BDU-nun dörd tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun dörd tələbəsi Prezident təqaüdünə layiq görülüb

Binədə 7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Binədə 7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb

XƏBƏR LENTİ
  • 21:22

    Azərbaycan PL: "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi
  • 21:01

    Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı
  • 20:43

    Elçin Əmirbəyov: Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir
  • 20:14

    MM-dən XİN-ə müraciət: ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayırıcı xətlər yaradır
  • 20:07

    KİV: Makron COP29-da iştirak etmək istəyən dövlətləri Bakıya gəlməkdən çəkindirməyə çalışır
  • 19:59

    Türkiyədə TDT xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib
  • 19:37

    Deputatlar Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini istəyiblər
    Deputatlar Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini istəyiblər
  • 19:23

    İcma: Fransanın dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif və haqsız olduğunu göstərir
Menyu