http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?

06 Oktyabr 2024 , 21:23
Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?

Məlum olduğu kimi, Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi həyata keçirilib. Belə ki, 2-ci Ordu Korpusunun komandiri general-leytenant Mayis Bərxudarov sərəncama götürülüb. Onun yerinə isə general-mayor Vilayət Quliyev təyinat alıb.

"Operativ Media" İqtisadiyyat.az-a istinad edərək xəbər verir ki, 48 yaşlı general 30 ildir Azərbaycan Ordusunda xidmət edir.

Mayis Şükür oğlu Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olub. O, uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş növü ilə məşğul olub. 

M.Bərxudarov 1993-cü ilin avqustunda Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub.

M.Bərxudarov hərbi peşənin sirrlərinə yiyələndikdən sonra xidmətini bir sıra ərazilərdə davam etdirib. O, bu illər ərzində göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə həm vəzifədə irəliləyib, həm general-leytenant ali hərbi rütbəsinə qədər yüksəlib, həm də çoxsaylı medal və təltiflərə layiq görülüb.

Baş leytenant Mayis Bərxudarov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli 735 nömrəli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2012-ci il tarixli 2305 nömrəli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Aprel döyüşləri zamanı korpus komandiri olan polkovnik Mais Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa döyüşlərdə iştirak edib, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib sıradan çıxarıb. 

Məlumata görə, Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb. Ali Baş Komandan cənab İlham Əliyevin əmrini peşəkarlıqla və ləyaqətlə yerinə yetirərək Lələtəpə yüksəkliyinin azad olunması uğurunda gedən döyüşlərdə düşmənə qan udduran Mayis Bərxudarova general-mayor rütbəsi verilib. 

Azərbaycan Ordusunun əfsanəvi generallarından biri olan Mayis Bərxudarov həmçinin İkinci Qarabağ müharibəsində də iştirak edib və general olmasına baxmayaraq ən ön xətlərdə olub və iki dəfə yaralanıb. Yaralanmasına baxmayaraq döyüşə ara verməyib. 

O, Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları, həmçinin “Qarabağ” ordeni ilə təltif edilib.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb

Taksi sürücüləri üçün növbəti imtahanda 1 735 namizəd uğur qazanıb - YENİLƏNİB

Taksi sürücüləri üçün növbəti imtahanda 1 735 namizəd uğur qazanıb - YENİLƏNİB

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Azərbaycanın güllə atıcısı dünya çempionu olub
  • Dünən
    22:23

    Hollandiya Ukraynaya 24 ədəd F-16-dan ilk partiyasını təhvil verib
  • Dünən
    22:00

    Azərbaycan millisinin heyətində dəyişiklik oldu
  • Dünən
    21:58

    Azərbaycan PL: "Qarabağ" səfərdə "Sumqayıt"ı məğlub etdi
  • Dünən
    21:23

    Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?
    Sərəncama götürülən əfsanəvi general Mayis Bərxudarov kimdir?
  • Dünən
    21:07

    Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
  • Dünən
    21:00

    Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
  • Dünən
    20:44

    Göygöldə qəza olub, xəsarət alanlar var
Menyu