http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Dördüncü “Yüksəliş” müsabiqəsinin yekun hesabatı təqdim edilib

07 Oktyabr 2024 , 13:21
Dördüncü “Yüksəliş” müsabiqəsinin yekun hesabatı təqdim edilib

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin növbəti iclası baş tutub, yekun hesabat təqdim edilib.

"Operativ Media" xəbər verir ki, iclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Fariz Rzayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirov, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, millət vəkili Ülvi Quliyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev və müsabiqənin İşçi Qrupu iştirak ediblər.

Təşkilat Komitəsinin üzvlərinə dördüncü “Yüksəliş” müsabiqəsinin yekunlaşması ilə bağlı hazırlanan hesabat təqdim edilib. İclasda dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı ilə əlaqədar təkliflər müzakirə olunub, müvafiq qərarlar alınıb. İclasda çıxış edən Komitə üzvləri layihənin gedişatı barədə qarşıdan gələn tədbirlərin uğurlu təşkili üçün bir sıra vacib təkliflər irəli sürüblər.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər. Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalayıb.

OXŞAR XƏBƏRLƏR
Ötən həftə azad olunmuş ərazilərdə 232 mina zərərsizləşdirilib

Ötən həftə azad olunmuş ərazilərdə 232 mina zərərsizləşdirilib

Bakıda nöqsanlar aşkarlanan ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb

Bakıda nöqsanlar aşkarlanan ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb

Məhkəmə məcburi auditdən yayınan şirkətə cərimə kəsib

Məhkəmə məcburi auditdən yayınan şirkətə cərimə kəsib

XƏBƏR LENTİ
  • 15:09

    Oruc Abdullayev vəzifəsindən azad edilib
  • 14:52

    Mariya Zaxarova Cənubi Qafqaz ölkələrini regionda sabitliyin pozulmasına imkan verməməyə çağırıb
  • 14:47

    Ötən həftə azad olunmuş ərazilərdə 232 mina zərərsizləşdirilib
  • 14:40

    Azərbaycanın gənclərdən ibarət cüdo millisi dünya çempionatını üç medalla başa vurdu
  • 14:38

    Paşinyan Rusiyaya səfər edib
  • 14:23

    Qazanxanada partlayış baş verib, xəsarət alan var
  • 14:23

    Vadim Abdullayev: "Araz-Naxçıvan"la nəticələrimiz yaxşı olmasaydı, yəqin ki, məni milliyə dəvət etməzdilər"
  • 14:19

    Azərbaycanlı hakim-inspektor UEFA-dan təyinat aldı
Menyu