http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Ekosistemə qəsdən və ciddi zərər vuranlar 15 ilədək azadlıqdan məhrum edilə bilər

07 Oktyabr 2024 , 15:17
Ekosistemə qəsdən və ciddi zərər vuranlar 15 ilədək azadlıqdan məhrum edilə bilər

Ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuranlar 10 ildən 15 ilədək azadlıqdan məhrum edilə bilər.

"Operativ Media" Report-a istinadən xəbər verir ki, bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq Cinayət Məcəlləsində təklif olunan dəyişiklikdə əksini tapıb.

Belə ki, Cinayət Məcəlləsinə “Ekosid” anlayışının əlavə edilməsi və bu cinayəti törədən şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması təklif edilir.

Dəyişiklik ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuran əməllərin 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını nəzərdə tutur.

Təklif olunan dəyişiklik "ekosid" cinayətini beynəlxalq hüquq normalarına uyğun olaraq kriminallaşdırmağı, həmçinin ölkə ərazisində törədilən ekoloji cinayətlərə görə düzgün hüquqi qiymətləndirmənin aparılmasını və ekosistemin davamlı mühafizəsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etmək məqsədi daşıyır.

OXŞAR XƏBƏRLƏR
Yeni Günəşlidə torpağın zəbt edilməsinin qarşısı alınıb

Yeni Günəşlidə torpağın zəbt edilməsinin qarşısı alınıb

Agentlik: Hazırda sosial xidmət müəssisəsində əlilliyi olan 280 uşaq var

Agentlik: Hazırda sosial xidmət müəssisəsində əlilliyi olan 280 uşaq var

Sabahdan bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək

Sabahdan bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək

XƏBƏR LENTİ
  • 17:17

    Pol Poqbanın cəzası ilə bağlı rəsmi açıqlama verildi
  • 17:16

    Livanda son sutkada İsrailin hücumları nəticəsində 22 nəfər ölüb
  • 17:16

    Livanda son sutkada İsrailin hücumları nəticəsində 22 nəfər ölüb
  • 17:07

    Yeni Günəşlidə torpağın zəbt edilməsinin qarşısı alınıb
  • 17:00

    Agentlik: Hazırda sosial xidmət müəssisəsində əlilliyi olan 280 uşaq var
  • 16:54

    Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada səfərdədir
    Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada səfərdədir
  • 16:51

    Sabahdan bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək
  • 16:46

    Məhkəmə "Asaza Flks” şirkəti ilə bağlı cərimə qərarı çıxarıb
Menyu