Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 44 icazə verilib
Nərmin Qocamanlı
Cari ilin 3-cü rübü ərzində Energetika Nazirliyi tərəfindən ümumilikdə 44 icazə verilib.
Nazirliyin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı üzrə 38, ixracı üzrə 3, tranziti üzrə isə 1 icazə verilib.
Rüb ərzində, həmçinin 150 kilovatdan yuxarı elektrik enerjisinin istehsalına 1 icazə, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə 1 icazə verilib. Bütün icazələrin verilməsi 7 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.
Teqlər:
"\u00dc\u00e7\u00fcnc\u00fc r\u00fcbd\u0259 Energetika Nazirliyi t\u0259r\u0259find\u0259n 44 icaz\u0259 verilib"