Menyu

MEDİA Azərbaycan Respublikasının Rəhbərliyi adından yayılmış saxta məlumatla bağlı açıqlama verib

MEDİA Azərbaycan Respublikasının Rəhbərliyi adından yayılmış saxta məlumatla bağlı açıqlama verib

“X” sosial şəbəkəsində “@Dr.EliDavid” adlı hesab vasitəsilə Azərbaycan Respublikasının Rəhbərliyi adından saxta məlumat yayılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilib.

"Bununla əlaqədar olaraq, adıçəkilən sosial şəbəkə platformasına məlumatın saxta olduğu bildirilmiş və paylaşımın “X” sosial şəbəkə platforması tərəfindən operativ qaydada silinməsi təmin olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçirilən bütün tədbir və görüşlərdəki çıxışlarının, səsləndirdiyi fikirlərin mətni Prezidentin rəsmi veb-saytı və sosial şəbəkə hesabları, həmçinin informasiya agentlikləri vasitəsilə yayımlanır", - məlumatda qeyd olunub.

Teqlər:

"MED\u0130A Az\u0259rbaycan Respublikas\u0131n\u0131n R\u0259hb\u0259rliyi ad\u0131ndan yay\u0131lm\u0131\u015f saxta m\u0259lumatla ba\u011fl\u0131 a\u00e7\u0131qlama verib"

Əlaqəli Xəbərlər