Menyu

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Əsəd Abbaslı
Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq

Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq.

"Operativ Media" xəbər verir ki, bu, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb.

Strategiyaya əsasən, bu məqsədlə 2024−2027-ci illər ərzində içməli su və suvarma suyu təchizatı, yağış sularının idarə olunması sistemlərinin qurulması, suvarılan və suvarılması mümkün əkin sahələrinin müəyyən olunması və elektron xəritələşdirilməsi, irriqasiya və meliorasiya sistemlərinin layihələrinin işlənilməsi, magistral və təsərrüfatlararası suvarma kanallarının bərpası və inşası nəzərdə tutulur. Məlumat bazası əsasında əkinəyararlı sahələrin elektron xəritələşdirilməsi, geniş miqyasda region üçün xas olan əkin növünün planlaşdırılması təmin olunacaq. Nəticədə içməli su və suvarma suyu üzrə idarəetmə sistemi müasirləşdiriləcək, suvarılan və suvarılması mümkün əkin sahələrinin suya tələbatı tam ödəniləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər