Menyu

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar azalıb

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar azalıb

Bu ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 739 kiberhücum indikatoru (IOC) müəyyən edib.

“Operativ Media”nın XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 17,1 % azdır.

Kibertəhdidlərin 379-u daxili araşdırma, 360-ı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə sentyabr ayında 64 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 16,9 % azdır.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 618,4 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 395 min 100, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 181 min 298 zərərverici tərkibli elektron sənəd blok edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər