http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Allahşükür Paşazadə Özbəkistana səfər edəcək

13 Oktyabr 2024 , 15:39
Allahşükür Paşazadə Özbəkistana səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 14-də Özbəkistan Respublikasına səfər edəcək və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və himayəsi ilə keçirilən “İslam - sülh və xeyirxahlıq dinidir” mövzusunda Beynəlxalq Elmi-praktiki Konfransda iştirak edəcəkdir.

İdarədən "Operativ Media"a verilən məlumata görə, 15 oktyabrda Daşkənddə baş tutacaq tədbirin keçirilməsi ideyasını Özbəkistanın dövlət başçısı ötən il BMT Baş Assambleyasının 78-ci sessiyasında etdiyi çıxışı zamanı bəyan edib.

QMİ sədri Şeyxülislam A.Paşazadə Beynəlxalq Konfransın açılış mərasimində çıxış edəcək. Plenar və 3 bölmə iclası ilə işini davam etdirəcək beynəlxalq forum İslam sivilizasiyasına tarixən töhfələr vermiş Özbəkistanın müasir dövrdə bu şərəfli, ənənəvi missiyasını davam etdirmək əzminin daha bir təzahürüdür.

Şeyxülislam Allahşükür Paşazadənin qardaş ölkəyə səfər çərçivəsində yüksək səviyyəli görüşlərdə iştirak edəcəyi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR
Tibbi-meteoroloji proqnoz açıqlanıb

Tibbi-meteoroloji proqnoz açıqlanıb

ADY rəhbərliyi Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

ADY rəhbərliyi Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Nazirlik sürücülərə xəbərdarlıq edib

Nazirlik sürücülərə xəbərdarlıq edib

XƏBƏR LENTİ
  • 18:04

    KXDR Baş Qərargahı sərhəddəki artilleriyaya hazır olmaq əmri verib
  • 17:34

    Kamala Harris səhhəti ilə bağlı açıqlama yayıb
  • 17:09

    İran XİN: Biz müharibə vəziyyətinə tamamilə hazırıq
  • 17:03

    Fernandu Santuş: Bir ildən sonra Azərbaycan millisi bütün rəqibləri ilə başabaş mübarizə aparacaq gücdə olacaq
  • 16:34

    Çin Ticarət Nazirliyi Avropa İttifaqına xəbərdarlıq edib
  • 16:05

    Bayden Olaf Şoltsla görüşəcək
  • 15:57

    Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin sakinlərinə qarşı repressiyaları gücləndirib
  • 15:39

    Allahşükür Paşazadə Özbəkistana səfər edəcək
Menyu