Menyu

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 14-ü saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində hava şəraiti qeyri-sabit, yağıntılı keçir, bəzi yerlərdə leysan xarakterli intensivdir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəran, Lerikdə 17 mm, Oğuzda 14 mm, Zaqatala, Qəbələdə 11 mm, Goranboy, Naftalanda 9 mm, Tərtər, Balakən, Yevlax, Gədəbəydə 8 mm, Xaltan, Mingəçevir, Bərdə, Qax, Şəkidə 6 mm, Ağdam, Altıağac, Göyçay, Beyləqan, Kürdəmir, İsmayıllı, Ağsu, Qobustanda 2 mm, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Zərdab, Qrız, Şahdağ, Quba, Qusar, Şabran, Astara, Göygöl, Şamaxı, Şəmkir, Gəncə, Ceyrançöl, Tovuz, Daşkəsən, Xaçmaz, Sədərək, Şahbuz, Naxçıvanda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binədə 3 mm, Maştağada 2 mm, Bakı, Pirallahıda 1 mm-dək olub.

Göygöl, Şəmkir, Daşkəsən, Naftalan, Gəncə, Balakən, Şəki, Qax, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Yevlax, Göyçay, Neftçalada duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 11, Aran rayonlarında 14, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər