Menyu

Narkotikin təsiri altında motosiklet idarə edən sürücü saxlanılıb

Nərmin Qocamanlı
Narkotikin təsiri altında motosiklet idarə edən sürücü saxlanılıb

Narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü yol polisləri tərəfindən saxlanılıb

"Operativ Media" xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Üzrə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən Bakı-Quba yolunun 10-cu kilometrliyində yol hərəkəti qaydalarını pozduğu və dövlət qeydiyyat nişanı olmadığı üçün “Yamaha” markalı motosikletin sürücüsünə “saxla” işarəsi verilib.

Aparılan araşdırma zamanı sürücü Məhəmməd Qasımovun motosikleti narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub. Əlavə olaraq onun üzərindən narkotik vasitə olan marixuana da aşkarlanıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər:

"Narkotikin t\u0259siri alt\u0131nda motosiklet idar\u0259 ed\u0259n s\u00fcr\u00fcc\u00fc saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər