Menyu

FHN: Ötən sutka 6 nəfər xilas edilib

FHN: Ötən sutka 6 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov və Yasamal rayonları ərazisində 2 ünvanda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma, Nərimanov rayonunda 2 ünvanda doqquzmərtəbəli yaşayış binalarında liftdə qalma və Səbail rayonunda 1 nəfərin intihara cəhdi barədə məlumatlar daxil olub.

Bu barədə "Operativ Media"ya FHN mətbuat xidməti məlumat verib.

Məlumatlarla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ümumilikdə 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib.

Teqlər:

"FHN: \u00d6t\u0259n sutka 6 n\u0259f\u0259r xilas edilib"

Əlaqəli Xəbərlər