Nəsimi rayonunda əl qumbarısı və avtomot aşkarlanıb
Nərmin Qocamanlı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin, Nəsimi rayonunda hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
FHN-dən "Operativ Media"ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 29 ədəd 7.62 mm-lik mərmi və 1 ədəd AKM avtomatının güllə darağı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Teqlər:
"N\u0259simi rayonunda \u0259l qumbar\u0131s\u0131 v\u0259 avtomot a\u015fkarlan\u0131b"