Bakı metrosunda qatarda texniki nasazlıq yaranıb, sərnişinlər düşürülüb
Nərmin Qocamanlı
"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "28 May" stansiyasında olanda bir vaqonunun qapısında texniki nasazlıq yaranıb.
Qurumun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, metropolitenin normativ tələblərinə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti yaranıb.
Lakin stansiyada sərnişin sıxlığı səbəbilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib.
Qatar depoya yola salınıb. Əvəzinə dərhal ehtiyat qatar verilib. Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var.
Teqlər:
"Bak\u0131 metrosunda qatarda texniki nasazl\u0131q yaran\u0131b s\u0259rni\u015finl\u0259r d\u00fc\u015f\u00fcr\u00fcl\u00fcb"