Bakıda kafedən 6200 manatlıq oğurluq edilib
Oktyabrın 15-də paytaxtın Nizami rayonu ərazisində yerləşən kafelərin birindən 6200 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
Daxili işlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Z.Xalidoğlu müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birindən 2000 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 23 yaşlı İ.Həsənov və 33 yaşlı qadın müəyyən olunaraq saxlanılıblar.
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri digər tədbirlərlə isə şəhər ərazisində bir evdən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 39 yaşlı T.İbrahimov, digər evdən 5000 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 38 yaşlı R.Heydərov, 25 yaşlı N.Əhmədzadə və 32 yaşlı Ə.Məhərrəmli saxlanılıb.
Bundan başqa, Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin 1700 manat dəyərində mopedini oğurlamaqda şübhəli bilinən 24 yaşlı K.Abdullayev müəyyən olunaraq saxlanılıb.