Minatəmizləyənlərə də güzəştli mənzillərin verilməsi təklif edilib
Minatəmizləyənlər də güzəştli mənzil əldə etmək hüququ olan şəxslərin siyahısına daxil edilməlidir.
"Operativ Media" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Səbinə Salmanova deyib.
O həmçinin təklif edib ki, iş şəraitini və risk dərəcəsini nəzərə alaraq, minatəmizləyənlərə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ verilsin:
"Bununla əlaqədar təmsil olunduğum Əmək və sosial siyasət komitəsi ilə birgə bu məsələ ilə bağlı “Əmək pensiyaları haqqında” qanunun 9-cu maddəsinə (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) dəyişiklik layihəsi hazırlana bilər".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net