Menyu

DİN BNMİ-nin keçirdiyi növbəti əməliyyatlar zamanı 28 kiloqram narkotik vasitə aşkarlanıb

Nərmin Qocamanlı
DİN BNMİ-nin keçirdiyi növbəti əməliyyatlar zamanı 28 kiloqram narkotik vasitə aşkarlanıb

DİN BNMİ-nin keçirdiyi növbəti əməliyyatlar zamanı 28 kiloqram narkotik vasitə aşkarlanıb.

"Operativ Media" xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. Paytaxtın Binəqədi, həmçinin İmişli rayonları ərazisində keçirilən növbəti əməliyyatlar zamanı 1997-ci il təvəllüdlü İzzət Əliyev və 1981-ci il təvəllüdlü Rəşad Ağayev saxlanılıblar. Onlardan ümumilikdə 28 kiloqramdan artıq tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, metamfetamin və 400 ədəd narkotik tərkibli həb aşkarlanıb. 

Saxlanılan şəxslər şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İzzət Əliyev və Rəşad Ağayevlə əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər