Menyu

Paytaxtın daha bir küçəsində mikromobillik zolağı bərpa edilir

Nərmin Qocamanlı
Paytaxtın daha bir küçəsində mikromobillik zolağı bərpa edilir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Mirzəağa Əliyev küçəsində mikromobillik zolağı yenidən təşkil olunur. Zolağın uzunluğu 1 km olacaq.

AYNA-dan "Operativ Media"ya bildirilib ki, piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolağı birbaşa yolun kənarı ilə deyil, piyadaların hərəkəti üçün yer saxlanılmaqla təşkil edilir. Küçədə səkilərin inşası ilə bağlı da aiddiyəti üzrə müraciət edilib.

Yolda avtomobillər üçün hərəkət zolaqlarının sayının eyni saxlanılması təmin edilib.

Qeyd edək ki, bu zolaq İstiqlaliyyət küçəsi və Azərbaycan prospektində təşkil edilmiş mikromobillik zolaqlarını Bülbül prospekti, Süleyman Ələsgərov küçəsi, Azadllıq prospekti və Şəmsi Bədəlbəyli küçəsindəki zolaqlarla əlaqələndirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər