Menyu

Məhkəmə "Camel Trading"lə bağlı cərimə qərarını açıqlayıb

Nərmin Qocamanlı
Məhkəmə "Camel Trading"lə bağlı cərimə qərarını açıqlayıb

"Camel Trading" MMC malları və nəqliyyat vasitələrini bəyan etmədiyinə görə cərimələnib.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 482.2-ci (Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Səbail Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb. 

Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzgün bəyan edilməməsinə görə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin 30 faizindən altmış faizinədək məbləğdə cərimə edilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər