Menyu

“Spring San Tex” şirkəti məcburi auditdən yayındığına görə cərimələnib

Nərmin Qocamanlı
“Spring San Tex” şirkəti məcburi auditdən yayındığına görə cərimələnib

“Spring San Tex” MMC məcburi auditdən yayındığına görə cərimələnib. 

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.  

Hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.   

Qeyd edək ki, “Spring San Tex” şirkəti daha əvvəl də inzibati xəta törətdiyinə cərimələnmişdir.  

Teqlər:

"\u201cSpring San Tex\u201d \u015firk\u0259ti m\u0259cburi auditd\u0259n yay\u0131nd\u0131\u011f\u0131na g\u00f6r\u0259 c\u0259rim\u0259l\u0259nib"

Əlaqəli Xəbərlər