Menyu

7-yə qədər Azərbaycan bankının SİMA İmzaya qoşulması istiqamətində işlər aparılır

Nərmin Qocamanlı
7-yə qədər Azərbaycan bankının SİMA İmzaya qoşulması istiqamətində işlər aparılır

Hazırda 6-7 Azərbaycan bankının SİMA İmzaya qoşulması istiqamətində iş aparılır.

"Operativ Media" xəbər verir ki, bunu "Azintelecom" MMC-nin məhsullar və xidmətlər departamentinin rəhbəri Tamerlan Məşədiqasənli "Dayanıqlı mikromaliyyə üçün innovativ həllər" mövzusunda keçirilən konfransda deyib.

“Hazırda 10-a yaxın bank SİMA İmzaya qoşulub, buna paralel olaraq daha 6-7 bankla əlaqə qurulur, vətəndaşlar bu həlldən istifadə edərək, banklar daxilində heç bir komissiya ödəməyəcək tərəfdaşlığımız çərçivəsindədir”, - deyə Məşədihəsənli bildirib.

Onun sözlərinə görə, hazırda bu sistemə qoşulan bankların sayının az olması ödənişlərlə deyil, rəqəmsallaşma prosesi ilə bağlıdır.

“Azərbaycanın bank və kredit təşkilatlarının rəqəmsallaşmaya ehtiyacı var ki, SİMA-nı inteqrasiya edə bilsinlər”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər