Menyu

Neymar yenidən zədələndi

Əziz Əzizli
Neymar yenidən zədələndi
1 dəq oxu

Səudiyyə Ərəbistanının "Əl Hilal" klubunun braziliyalı hücumçusu Neymar yenidən zədələnib.

"Operativ Media" xəbər verir ki, Asiya Çempionlar Liqası matçında “Əl Hilal” Tehranın “Eştəhlal” komandasına 3:0 hesabı ilə qalib gəlib.

Neymar 58-ci dəqiqədə meydana daxil olub, lakin 87-ci dəqiqədə bud nahiyəsindən zədə alıb və oyunu davam etdirə bilməyib.

Neymar 2023-cü ilin oktyabrında dizindən zədə alıb, 13 ay sonra meydana qayıdıb ikinci oyununa çıxıb.

Əlaqəli Xəbərlər