25 Noyabr 2024, 10:35
Qazaxıstan neft hasilatını azaldır
Qazaxıstan ilin sonuna kimi neft hasilatını azaldacağını açıqlayıb
Qazaxıstan neft hasilatını azaldır şəkil
Qazaxıstan neft hasilatını azaldır

Qazaxıstan, 2024-cü ilin sonuna qədər əvvəllər elan edilmiş 90,3 milyon ton əvəzinə 88,4 milyon ton neft hasil etməyi planlaşdırır.

"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Almasadam Satkaliev bildirib.

"Bu il üçün neft hasilatı proqnozu 88,4 milyon ton təşkil edir. 10 ayın yekunlarına əsasən, neft hasilatının həcmi 73,5 milyon ton olub", - qazaxıstanlı nazir Milli Məclisdə keçirilən hökumət saatında deyib.

Nazir qeyd edib ki, ötən il Qazaxıstan 90 milyon ton hasilatla 70,5 milyon ton neft ixrac edib.

Son xəbərlər
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb
Baydenin Trampa yazdığı məktubun məzmunu açıqlanıb
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
Elvin Camalov: "İnanıram ki, "Neftçi" daha da yuxarılarda olacaq"
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
Rövşən Nəcəf OMV şirkətinin baş direktoru ilə görüşüb