Menyu

İdxal edilən şprislər üçün xüsusi gömrük rüsumlarının müddəti uzadılıb

Əsəd Abbaslı
İdxal edilən şprislər üçün xüsusi gömrük rüsumlarının müddəti uzadılıb
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, 31 dekabr 2024-cü ilə qədər plastmasdan iynəli və ya iynəsiz şprislərinin insulin üçün nəzərdə tutulan həcmi 2 millilitr və ya daha az olan 1 ədədi üçün 0,02 ABŞ dolları, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan 1 ədədi üçün 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan 1 ədədi üçün 0,03 ABŞ dolları, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan 1 ədədi üçün 0,04 ABŞ dolları idxal gömrük rüsumu alınmalı idi.

Bu müddət 31 dekabr 2029-cü ilə qədər uzadılıb.

Əlaqəli Xəbərlər