Menyu

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub

Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, yanğınsöndürənlərin müdaxiləsi sayəsində binanın 2-ci mərtəbəsində yerləşən elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bir azyaşlı olmaqla ümumilikdə beş nəfər bina sakini təxliyə olunub.

Yanğın nəticəsində elektrik lövhəsində 5 ədəd sayğac və 5 ədəd qoruyucu açar yanıb.

Mənzillər yanğından mühafizə olunub

Əlaqəli Xəbərlər