11 Dekabr 2024, 13:55
Bakıda bəzi prospekt və küçələrdə piyada keçidlərinin yeri dəyişdirilir
Bakının Nərimanov prospekti, Mikayıl Müşfiq və Qurban Xəlilov küçələrinin kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən hazırlanan layihə Nəqliyyatın Əlaqələndirmə Şurasında razılaşdırılıb.
Bakıda bəzi prospekt və küçələrdə piyada keçidlərinin yeri dəyişdirilir şəkil
Bakıda bəzi prospekt və küçələrdə piyada keçidlərinin yeri dəyişdirilir

"Operativ Media" AYNA-ya istinadən xəbər verir ki, layihəyə əsasən Qurban Xəlilov küçəsindən Nərimanov prospekti istiqamətində, eləcə də Nərimanov prospektindən Mikayıl Müşfiq küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri arasında yaranan mövcud mübahisəli vəziyyətin aradan qaldırılması və növbəli hərəkətin təşkil edilməsi məqsədilə kəsişmənin işıqfor vasitəsilə nizamlanması, sözügedən yol kəsişməsindəki piyada keçidlərinin yeri dəyişdirilməklə daha təhlükəsiz formada təşkili məqsədəuyğun hesab edilir.

Layihə xüsusi proqram təminatında simulyasiya edilib. Simulyasiya videosu: https://www.youtube.com/watch?v=0pp7US_Sx9c&t=1s

Nəticələrə əsasən, nəzərdə tutulan dəyişikliklərdən sonra piyada və nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi təmin olunacaq, piyadaların mobillik imkanları artacaq.

Qeyd edək ki, bu gündən ərazidə işlərin icrasına başlanılır. Hərəkət iştirakçılarından diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Son xəbərlər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb
Makron: İranda rejimin hərbi yolla dəyişdirilməsi böyük səhv olar
Rusiyalı iş adamı İrəvanda saxlanılıb?
Rusiya XİN: Nüvə savaşına yaxınlaşırıq
İsrail təyyarələri İrana zərbə endirmək üçün havaya qalxıb
İranın sabiq prezidentinin ölümü ilə bağlı yayılan məlumatlar yalandır
Aİ Rusiya qazının kranını həmişəlik bağlayacaq
"Qarabağ" yeni transferini açıqladı