Menyu

Məhkəmə “Binəqədi Yük Avtonəqliyyat -1” ilə bağlı cərimə qərarı çıxarıb

Nərmin Qocamanlı
Məhkəmə “Binəqədi Yük Avtonəqliyyat -1” ilə bağlı cərimə qərarı çıxarıb
1 dəq oxu

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Dövlət Yol Polisi (DYP) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş Türkiyə şirkəti ilə bağlı müraciətə baxılıb.   

Hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Əlaqəli Xəbərlər