Bu gün Abşeron və Bakının bəzi qəsəbələrində qaz olmayacaq
Nərmin Qocamanlı
"Operativ Media" bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə dekabrın 12-də saat 10:00-dan “Müşfiqabad”, “Ceyranbatan” və “Pirəkəşkül” qaz paylayıcı stansiyalardan (QPS) qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-bərpa işləri aparılan müddətdə Abşeron rayonu üzrə Aşağı-Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Nübar, Müşfiqabad Qaçqınlar şəhərciyinin və 12 sənaye müəssisəsinin, Abşeron rayonu üzrə Ceyranbatan və Saray qəsəbələrinin, Çaylı-Qobustan yaşayış massivinin və 3 sənaye müəssisəsinin, Qaradağ rayonu üzrə isə Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonu üzrə 28 May qəsəbəsinin və 12 sənaye müəssisənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Teqlər:
"Bu g\u00fcn Ab\u015feron v\u0259 Bak\u0131n\u0131n b\u0259zi q\u0259s\u0259b\u0259l\u0259rind\u0259 qaz olmayacaq"