12 Dekabr 2024, 13:00
A-Frame tipli evlərə çıxarış hansı hallarda verilmir? - SƏBƏBLƏR
A-Frame tipli evlərə günümüzdə təlabat xeyli artıb. Bəs bu evlərə çıxarış verilir?
A-Frame tipli evlərə çıxarış hansı hallarda verilmir? - SƏBƏBLƏR şəkil
A-Frame tipli evlərə çıxarış hansı hallarda verilmir? - SƏBƏBLƏR

Məsələ ilə bağlı əmlak və inşaat üzrə ekspert Elnur Azadov “Operativ Media”ya açıqlama verib. O ilk olaraq bu evlərə olan təlabatın niyə artığının səbəblərinə aydınlıq gətirib:

“Bildiyiniz kimi, A-frame tipli evlərə son zamanlar tələbat artıb. Bu evlərin cəlbediciliyi və vizual görüntüsü insanlar arasında xoş qarşılanır. Eyni zamanda, A-frame tipli evlərin digər evlərə nisbətən ucuz başa gəlməsi onlara olan tələbatı artırıb. Bu evlər ucuz başa gəldiyi və tez inşa olunduğu üçün hazırda ölkə ərazisində aktiv şəkildə inşa olunur. Xüsusilə, turizm zonalarında bu evlərin inşası kəskin dərəcədə artıb. Lakin, bu evlərin "kupça" (çıxarış) məsələsində müəyyən problemlər mövcuddur. A-frame tipli ev tikmək istəyən hər bir vətəndaş bunu öncədən bilməlidir.

Vətəndaş bilməlidir ki, istənilən torpaqda istənilən daşınmaz əmlak tikmək olmaz, bu qanunla qadağandır. İlk növbədə, daşınmaz əmlakın tikiləcəyi torpaq şəhərsalma kateqoriyasına uyğun olmalıdır. Torpaq yaşayış məntəqəsi üçün nəzərdə tutulmuş olmalıdır, yalnız belə torpaqda tikinti mümkündür. Və yalnız mülkiyyətə uyğun olan sənədlər bunun üçün yararlıdır. Sənədlər uyğun olduqdan sonra, tikiləcək hər hansı daşınmaz əmlakın layihəsi hazırlanmalı və yerli icra strukturlarına təqdim olunmalıdır. Yalnız bu layihə təsdiq edildikdən sonra ev tikilə bilər. Təəssüflər olsun ki, bu kimi evlər yüngül konstruksiya ilə inşa olunur. Onlar müvəqqəti xarakterli tikililər sayılır. Ona görə də A-frame tipli evlərin çoxuna çıxarış qanunla verilmir".

Ekspert bu evlərin tikintisi üçün iki problem var: “Layihə şəhərsalma və tikinti normativlərinə cavab verməli və təsdiq olunmalıdır. İkinci məsələ isə, bəzən vətəndaş A-frame tipli evi tikir, daha sonra çıxarış almaq üçün müraciət edir. Bu da qanuna ziddir. Burada söhbət təkcə A-frame tipli evlərdən deyil, bütün daşınmaz əmlaklardan gedir. Ev tikərkən qanuni yanaşma olmalıdır. A-frame tipli ev tikmək istəyən vətəndaşın ilk növbədə torpaq mülkiyyəti olmalıdır. Torpağın təyinatı isə yaşayış məntəqələri olmalıdır. Yalnız yaşayış məntəqələri kateqoriyasında torpağı olan vətəndaş ev tikə bilər.

Bundan sonra, vətəndaş layihəni yerli icra qurumuna təqdim edib, onu təsdiq etməlidir. Bu zaman vətəndaşa 15 gün ərzində cavab verilir. Yəni, A-frame tipli evlərə kupça verilmir, deyə bir qanun yoxdur. Sadəcə, bu evlər düzgün qanuna uyğun tikilməlidir".

Ekspert A-frame tipli evlərə niyə çıxarış verilmədiyini aydınlıq gətirib: "A-frame tipli evlərin çoxunun tikilişində beton daşıyıcı sütunlardan istifadə olunmur. Əgər vətəndaş bu evin konstruksiyasını tikinti normativləri əsasında çəkib və inşa etsə, o halda A-frame tipli evlərə çıxarış verilə bilər. Həmin evlərin çoxunda isə dəmir-beton kimi daşıyıcı elementlər olmur. A-frame tipli evlərin sağ və sol divarları dam örtüyü olduğuna görə, evin daxili taxta və ya metal daşıyıcılardan istifadə olunur. Bir sözlə, bu evlərin əsası möhkəm olmadığına görə, A-frame tipli evlərə çıxarış verilmir. Bu evlər bünövrə ilə əsaslı və uzunmüddətli yaşayışa hesablanmış tikililər kimi qəbul edilmir. Onlar müvəqqəti konstruksiya sayılır. Bu sadalanan hər şey qaydasında olsa, vətəndaş asanlıqla A-frame tipli evinin çıxarışını ala bilər.

Ola bilər ki, vətəndaş bu evi xüsusi metal konstruksiya ilə qanunvericiliyə uyğun olaraq inşa etsə, bu evin çıxarışını da ala bilər. Xüsusi metal konstruksiya emal edən müəssisələr var. Onlar xüsusi poladdan hazırlanır və xüsusi bərkitmə mexanizmləri mövcuddur. Bu artıq yük daşıma qabiliyyətini artırır və təhlükəsizlik təmin olunur. Məsələn, istirahət mərkəzlərində taxtadan inşa edilmiş balaca evlər mövcuddur. Bu evlərin hamısı müvəqqəti istifadəyə uyğun tikilmiş evlərdir. Onların ömrü uzun deyil və müvəqqəti xarakter daşıyır. Qanunvericiliyimizdə isə bu kimi müvəqqəti tikilmiş bir konstruksiya ilə uzun müddət yaşanılmasına icazə verilmir. Bunu ən sadə halda, parniklərlə müqayisə etmək olar. Onlar da fundamental əsaslı tikililər deyil, A-frame tipli evlər də bu cür qəbul olunur".

Son xəbərlər
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək
"Əl-Hilal" Osimhenə illik 50 milyon avro təklif edib
İsraildə raket zərbələrindən zədələnən 22 bina dərhal söküləcək
İranın İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 16-ya çatıb
Klublararası DÇ: PSJ qalib gəldi, "Portu" heç-heçə etdi