Menyu

Binəqədi şossesinə avtobus zolağı çəkiləcək? - AÇIQLAMA

Nərmin Qocamanlı
Binəqədi şossesinə avtobus zolağı çəkiləcək? - AÇIQLAMA

Binəqədi rayonunda günün müxtəlif saatlarında yaranan uzun tıxaclar vətəndaşların ciddi probleminə çevrilib. Onlar bildirirlər ki, 15-20 dəqiqəlik yolu tıxac səbəbindən ictimai nəqliyyatla 1 saat – 1 saat yarıma gedirlər. Vətəndaşlar Binəqədi şossesində avtobus zolaqlarının təşkilinin tıxacın aradan qaldırılması üçün effektiv bir həll ola biləcəyini düşünürlər.

Bəs həmin əraziyə yaxın vaxtlarda avtobus zolağı çəkilməsi nəzərdə tutulurmu?

Məsələ ilə bağlı redaksiyamıza çoxsaylı suallar daxil olduğu üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumdan "Operativ Media"ya bildirildi ki, sözügedən məsələyə baxıla bilər:

"Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlərin digər küçə və prospektlərdə də görülməsi ilə bağlı təhlillər aparılır. Bu çərçivədə sözügedən məsələyə də baxıla bilər".

Teqlər:

"Bin\u0259q\u0259di \u015fossesin\u0259 avtobus zola\u011f\u0131 \u00e7\u0259kil\u0259c\u0259k? - A\u00c7IQLAMA"

Əlaqəli Xəbərlər