12 Dekabr 2024, 21:42
Ömər aşırımına qar yağıb
Kəlbəcəri Göygöllə birləşdirən Ömər aşırımına qar yağıb.
Ömər aşırımına qar yağıb şəkil
Ömər aşırımına qar yağıb

"Operativ Media" xəbər verir ki, Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsinə axşam saatlarında yağmağa başlayan qarın hündürlüyü 10-15 santimetrə çatıb. Hazırda ərazidə güclü qarın yağması davam edir.

Qərb bölgəsində küləkli və yağışlı hava şəraiti hökm sürür.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gündən Azərbaycanda havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir. Dekabrın 14-ü və 15-də dağlıq rayonlarda gecə və səhər yolların buz bağlama ehtimalı var.

Son xəbərlər
Zelenski Avropa ölkələrinə müraciət edib
UEFA AL: "Qarabağ" FCSB-yə məğlub oldu
HƏMAS ikinci qrup girovların siyahısını sabah İsrailə təhvil verəcək
Türkiyədə yanğınla bağlı saxlanılanların sayı 12-ə çatıb
NATO-nun müdafiə nazirləri Brüsseldə görüşəcək
Elnur Məmmədov Pakistan XİN rəhbəri ilə görüşüb
Tramp Putinlə görüşmək istəyini bəyan edib
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb