12 Dekabr 2024, 22:41
Bakıda 3 gün kitab festivalı keçiriləcək
19 – 22 dekabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə ANAİB I Bakı Kitab Festivalı keçiriləcək.
Bakıda 3 gün kitab festivalı keçiriləcək şəkil
Bakıda 3 gün kitab festivalı keçiriləcək

"Operativ Media" xəbər verir ki, “Ədəbiyyat və incəsənət” portalıxəbərverirki, festivalBakı ƏlOyunları Sarayındabaş tutacaq.

“Yeni ilə yeni kitablarla!” şüarı ilə keçiriləcək festivala ANAİB üzvü olan nəşriyyatlarla yanaşı digər nəşriyyatlar da qatıla, öz kitablarını təqdim edə bilərlər. Yeni il əhval-ruhiyyəsində keçiriləcək sərgidə minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq, tanınmış yazıçıların, şairlərin təqdimat və imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları, uşaqlar üçün nağıl saatları təşkil ediləcək.
Son illərdə keçirilən sərgilərin formatına əlavə kimi festivalda yerli qəzet və jurnallar stendlə təmsil olunacaq.

Dörd gün davam edəcək festival hər gün 10:00-dan 20:00-dək oxucuların üzünə açıq olacaq.

Festivalda 30-dan çox nəşriyyatın iştirakı gözlənilir.

Giriş sərbəstdir.

Son xəbərlər
Zelenski Avropa ölkələrinə müraciət edib
UEFA AL: "Qarabağ" FCSB-yə məğlub oldu
HƏMAS ikinci qrup girovların siyahısını sabah İsrailə təhvil verəcək
Türkiyədə yanğınla bağlı saxlanılanların sayı 12-ə çatıb
NATO-nun müdafiə nazirləri Brüsseldə görüşəcək
Elnur Məmmədov Pakistan XİN rəhbəri ilə görüşüb
Tramp Putinlə görüşmək istəyini bəyan edib
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb