Menyu

Qeydiyyat nişanı olmayan avtomobili idarə edərək “Tik-Tok”da paylaşan sürücü həbs edilib

Nərmin Qocamanlı
Qeydiyyat nişanı olmayan avtomobili idarə edərək “Tik-Tok”da paylaşan sürücü həbs edilib
1 dəq oxu

DİN-in Mətbuat Xidmətindən "Operativ Media"ya bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən həmin sürücü V.Güləliyev idarə etdiyi konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan “VAZ- 2107” markalı nəqliyyat vasitəsi ilə rayon ərazisində hərəkətdə olarkən saxlanılıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Əlaqəli Xəbərlər