Menyu

Mirzoyan Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Əsəd Abbaslı
Mirzoyan Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi ilə görüşüb
1 dəq oxu

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Operativ Media xəbər verir ki, tərəflər regional məsələləri, Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinə yönəlmiş səyləri müzakirə ediblər.

Azərbaycanla münasibətlərin normallaşması prosesindən danışan A.Mirzoyan uzunmüddətli danışıqlar nəticəsində razılaşdırılmış sülh sazişinin imzalanmasının və dövlətlərarası münasibətlərin qurulmasının vacibliyini vurğulayıb.

Əlaqəli Xəbərlər