Leyen: AB-Mərkəzi Asiya Sammitinin Novruzdan sonra keçirilməsi simvolikdir
Əsəd Abbaslı
Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen qeyri-müəyyən dövrlərdə tarixi bir inkişaf olduğunu bildirib.
Operativ Media xəbər verir ki, o bu sözləri Özbəkistanda keçirilən sammitdə deyib.
"Aİ və Mərkəzi Asiya arasındakı tərəfdaşlıq artıq güclü bir əsas üzərindədir, lakin bu gün biz yeni bir başlanğıc üçün böyük bir addım atırıq," , - deyə Ursula fon der Leyen vurğulayıb.
O, ticarət və turizm sahələrindəki əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini qeyd edərək, bu qeyri-müəyyən dövrlərdə əlaqələri daha da gücləndirəcəyini bildirib: "Bu ilki AB-Mərkəzi Asiya Sammiti tarixi bir hadisədir və Novruzdan sonra keçirilməsi simvolik olaraq yeni başlanğıcları işarə edir".
Aİ Şurasının sədri Antonio Kosta isə aparılan danışıqların səmərəli nəticəsi olaraq, böyük tərəfdaşlıq və əməkdaşlıq müqaviləsi imzalamaq üçün Özbəkistan prezidentini bu ilin sonunda Brüsselə dəvət edib.
Teqlər:
"Leyen: AB-M\u0259rk\u0259zi Asiya Sammitinin Novruzdan sonra ke\u00e7irilm\u0259si simvolikdir"