Amerikalı sahibkar İlon Mask səhhətinin müvəqqəti pisləşdiyini, lakin günün sonuna kimi sağalacağına ümid etdiyini bildirib.
Operativ Media xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə hesabında yazıb.
O, xəstəliyinin səbəbini açıqlamayıb.
Qeyd edək ki, aprelin 2-də “Politico” nəşri xəbər verib ki, İlon Mask biznesi ilə bağlı gələcək həftələrdə ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsindən istefa verəcək.
Maskın özü istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.
Teqlər:
"\u0130lon Mask s\u0259hh\u0259tind\u0259 problem ya\u015fay\u0131b"