Menyu

Gürcüstan Prezidentinin Azərbaycana səfər edəcəyi tarix açıqlanıb

Əsəd Abbaslı
Gürcüstan Prezidentinin Azərbaycana səfər edəcəyi tarix açıqlanıb
1 dəq oxu

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 14-15-də Azərbaycana səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə dövlət başçısının beynəlxalq münasibətlər üzrə müşaviri Luka Exvaya bildirib.

Onun sözlərinə görə, Azərbaycana səfər M.Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfəri olacaq.

L.Exvaya dövlət başçısının Azərbaycandan sonra Ermənistana səfər edəcəyini söyləyib.

O, səfərin aprel ayının sonuna planlaşdırıldığını qeyd edib.

Əlaqəli Xəbərlər